İngiltərə Premyer Liqasının son çempionu “Mançester Siti” heyətini gücləndirmək məqsədilə transfer çalışmalarını davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə futbol transferləri üzrə tanınmış insayder Fabritsio Romano məlumat yayıb.
Məlumata görə, “şəhərlilər” “Çelsi”nin sağ cinah müdafiəçisi Malo Qüsto ilə yaxından maraqlanır. Klub rəhbərliyi və məşqçilər korpusu fransalı futbolçunun oyun üslubunu yüksək qiymətləndirir. Xüsusilə Qüstonun baş məşqçi Enzo Mareska ilə əvvəlki iş təcrübəsinin diqqət çəkdiyi bildirilir.
Bildirilib ki, tərəflər arasında hələlik rəsmi danışıqlar aparılmayıb və “Mançester Siti” tərəfindən rəsmi təklif irəli sürülməyib.
Qeyd olunub ki, transfer prosesinin gedişi digər mümkün keçidlərlə də əlaqələndirilir və bəzi futbolçuların hərəkətliliyi Qüstonun gələcək qərarına təsir göstərə bilər.
Məlumata əsasən, 23 yaşlı futbolçunun bazar dəyəri “Transfermarkt” portalında 35 milyon avro olaraq qiymətləndirilir. Onun “Çelsi” ilə mövcud müqaviləsi 2030-cu ilin yayına qədər qüvvədədir.