Ruben Amorimin vəzifədən azad edilməsindən sonra “Mançester Yunayted”də baş məşqçi postu ətrafında müzakirələr davam edir.
"Operativ Məlumat Mərkəzi-OMM" “The Athletic” nəşrinə istinadən xəbər verir ki, klub Ole Qunnar Solskyaeri mövsümün sonuna qədər “müvəqqəti” baş məşqçi kimi təyin etməyi nəzərdən keçirir.
Məlumata görə, Solskyaerin müvəqqəti təyinatı “Mançester Yunayted” rəhbərliyinə uzunmüddətli baş məşqçi seçimi məsələsində daha rahat qərar vermək imkanı yaradacaq.
Klubun əsas namizədlər siyahısında hazırda müqavilələri gələn yay başa çatan Oliver Qlasner (“Kristal Pelas”), Andoni İraola (“Bornmut”) və Marko Silva (“Fulhem”) yer alır.
Qeyd olunur ki, yekun qərarın yaxın həftələrdə verilməsi gözlənilir.