Əsas məzmuna keç

"Mançester Siti" Elliot Andersonun transferindən imtina edə bilər

"Mançester Siti" Elliot Andersonun transferindən imtina edə bilər

"Nottingem Forest"in tələb etdiyi yüksək məbləğ danışıqların dalana dirənməsinə səbəb olub.

ru en

İngiltərənin "" klubu ""in yarımmüdafiəçisi Elliot Andersonun transferi ilə bağlı danışıqları dayandırmaq barədə düşünür. "Şəhərlilər" 23 yaşlı futbolçu üçün 100 milyon funt sterlinq zəmanətli ödəniş və əlavə 20 milyon funt sterlinq bonus təklif etsələr də, qarşı tərəf bu təklifi rədd edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, " " rəhbərliyi öz mövqeyində qətidir və qiymətdə güzəştə getmək niyyətində deyil.

Bu vəziyyət "Mançester Siti"ni transfer cəhdindən tamamilə imtina etmək variantını nəzərdən keçirməyə vadar edib.

Qeyd edək ki, daha əvvəl "" də eyni futbolçu ilə maraqlanırdı. Lakin "qırmızı şeytanlar" tələb olunan məbləği həddindən artıq yüksək hesab edərək, danışıqlardan kənarlaşmaq qərarına gəlmişdilər.

Xatırladaq ki, "Transfermarkt" portalı oyunçunun bazar dəyərini 75 milyon avro olaraq qiymətləndirir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…