Maldiv adalarının parlamenti İsrail pasportu olan şəxslərin ölkəyə girişini qadağan etmək üçün qanuna lazımi düzəlişi qəbul edib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.
Müvafiq qanun dəyişikliyi baxılması üçün Təhlükəsizlik Komitəsinə göndərilib. Parlamentdəki iqtidar və müxalifət deputatları qanunun dəyişdirilməsi prosesinin iqtidarın və xalqın istəyinə uyğun olaraq sürətləndirilməsini istəyiblər.
Yekun səsvermədən sonra ikili vətəndaşlığı olanlar da daxil olmaqla bütün İsrail pasportu sahiblərinin Maldiv adalarına girişi qadağan ediləcək.
Maldiv adalarına israillilərin girişi qadağan edilib
OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?
Növbəti oxuyun
Netanyahu və Trampın İranla bağlı hərbi əməliyyat variantını müzakirə etdiyi bildirilir
Növbəti xəbər yüklənir…