Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Malayziyada denge qızdırması təhlükəsi: Yoluxma sayı kəskin artıb

3 dəq
Paylaş:
Malayziyada denge qızdırması təhlükəsi: Yoluxma sayı kəskin artıb

Malayziyada denge qızdırmasına yoluxma hallarının kəskin artması müşahidə olunur. -Lumpur və ətrafındakı “Klang Valley” bölgəsi xəstəliyin əsas yayılma ocaqları kimi müəyyən edilib.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, ölkənin Nazirliyinin cümə günü açıqladığı statistikaya əsasən, avqustun əvvəlindən bəri 58 079 yoluxma faktı qeydə alınıb. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 56,2 faiz artım deməkdir.

Denge qızdırmasının yaratdığı fəsadlar nəticəsində azı 55 nəfərin həyatını itirdiyi bildirilir.

Rəsmi məlumatlara görə, ən yüksək artım Kuala-Lumpur və Putracaya bölgələrində qeydə alınıb. Bu ərazilərdə yoluxma sayı 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə iki dəfədən çox artıb.

Paytaxtı əhatə edən sıx məskunlaşmış “Selangor” ştatında isə yoluxma halları 61 faiz yüksəlib. Nazirlik bildirir ki, infeksiyanın ilkin yayılması əsasən Kuala-Lumpur, Putracaya və Selangorun böyük hissəsini əhatə edən urbanizasiya olunmuş “Klang Valley” regionunda cəmləşib.

Virusun yayılması yalnız böyük şəhərlərlə məhdudlaşmır. Şimaldakı “Perlis” ştatında yoluxma hallarının sayı 207 faiz, cənubdakı “Johor” ştatında isə 109 faiz artıb.

Bu göstəricilər denge qızdırmasının artıq paytaxt hüdudlarını aşaraq ölkə miqyasında ciddi narahatlıq yaratdığını göstərir.

əsasən “Aedes aegypti” növünə aid ağcaqanadlar vasitəsilə yayılır. Bu həşəratlar evlərin ətrafında və şəhər ərazilərində yığılıb qalan kiçik su hövzələrində sürətlə çoxala bilir.

Səhiyyə rəsmiləri infeksiyanın yayılmasını qeyri-sabit , xüsusilə yağışlı və isti havaların birgə təsiri ilə əlaqələndirirlər.

Mütəxəssislər evlərin ətrafında açıq saxlanılan və baxımsız qalan su qablarının ağcaqanadların çoxalması üçün əlverişli şərait yaratdığını vurğulayırlar.

Hazırda səlahiyyətli qurumlar nəzarət tədbirlərini gücləndirib, xəstəliyin erkən aşkarlanması və ağcaqanadların məhv edilməsi istiqamətində işlər aparılır.

Vətəndaşlara yaşayış yerlərinin ətrafında durğun su mənbələrini təmizləmək və gigiyena qaydalarına ciddi riayət etmək tövsiyə olunur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax

Bütün xəbərlər bir yerdə

Aktual

Yüklə