Fransa Prezidenti Emmanuel Makron Rusiya lideri Vladimir Putinlə danışıqlara hazırlıqların davam etdiyini açıqlayıb.
“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Makron bunu Yuxarı Saone departamentinə səfəri zamanı jurnalistlərə bildirib.
O qeyd edib ki, hazırda hazırlıqlar gedir və bu məsələ ilə bağlı texniki müzakirələr davam edir.
Fransa lideri əlavə edib ki, danışıqlarla bağlı Avropa tərəfdaşları və Ukrayna Prezidenti Vladimir Zelenski ilə də məsləhətləşmələr aparılır.
Makronun sözlərinə görə, Kiyev üçün təhlükəsizlik zəmanətlərinin hazırlanması çərçivəsində, sözdə “İstəklilər Koalisiyası”nın himayəsi altında Ukrayna münaqişəsinə son qoyulmasına dair gələcək müzakirələrə hazırlıq da görülür.