Əsas məzmuna keç

ABŞ Sudanda münaqişəni bitirmək üçün yeni sülh planı hazırlayır

ABŞ Sudanda münaqişəni bitirmək üçün yeni sülh planı hazırlayır

Marko Rubio Misir, BƏƏ və Səudiyyə Ərəbistanı ilə yeni atəşkəs üzərində razılaşdı. Martda tətbiqi gözlənilən humanitar strategiyanın əsas şərtləri açıqlandı.

en ru

ABŞ Sudandakı münaqişəyə son qoymaq üçün yeni sülh təşəbbüsü irəli sürür.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Sudan Tribune” qəzeti mənbələrə istinadən məlumat yayıb.

Bildirilib ki, ABŞ diplomatları Sülh Şurası çərçivəsində Sudandakı qarşıdurmanın dayandırılmasına yönəlmiş yeni təşəbbüs üzərində çalışırlar.

Məsələ ilə tanış olan diplomatların qəzetə verdiyi məlumata görə, strategiya mart ayına qədər təcili atəşkəsə və daimi atəşkəsin təmin olunmasına, eləcə də uzun müddətdir gündəmdə olan hərbi və islahatlarının həyata keçirilməsinə yönəlib.

Təklifin əsas şərtlərindən biri ekstremist elementlərin, xüsusilə islamçı qrupların Sudanın hərbi və siyasi həyatından təcrid edilməsidir.

Qəzetin yazdığına görə, sözügedən plan Misir, Birləşmiş Ərəb Əmirlikləri və tərəfindən dəstəklənir.

Qeyd olunur ki, ABŞ Rubio diplomatik səyləri əlaqələndirmək məqsədilə ötən həftə bu ölkələrdəki həmkarları ilə danışıqlar aparıb.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…