Operativ Məlumat Mərkəzi

Makron Fransa Milli Assambleyasını buraxıb

1 dəq
Paylaş:
Makron Fransa Milli Assambleyasını buraxıb
Prezident Emmanuel Makron Fransa Milli Assambleyasının (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə...

Prezident Emmanuel Makron Fransa Milli Assambleyasının (Fransa parlamentinin aşağı palatası) buraxılması və növbədənkənar seçkilərin keçirilməsi barədə qərar qəbul edib.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə TASS-a istinadən xəbər verir.

"Fransanın əmin - amanlıq və harmoniya içində fəaliyyəti üçün aydın parlament çoxluğuna ehtiyacı var", - Prezident fransızlara televiziya müraciətində deyib.

“Mən növbədənkənar parlament seçkiləri təyin edirəm. Birinci tur iyunun 30-da, ikinci tur isə iyulun 7-də keçiriləcək", - Makron vurğulayıb.

Beləliklə, Makron “Renessans” Partiyasının Avropa Parlamentinə (AP) seçkilərdə ağır məğlubiyyətini etiraf edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər