Operativ Məlumat Mərkəzi

2026-cı ildə Azərbaycanda keçiriləcək ən böyük tədbirlər – SİYAHI

4 dəq
Paylaş:
2026-cı ildə Azərbaycanda keçiriləcək ən böyük tədbirlər – SİYAHI

Azərbaycan hər il olduğu kimi 2026-cı ildə də bir çox beynəlxalq tədbirlərə ev sahibliyi edəcək. Keçiriləcək beynəlxalq tədbirlər şəhərimizi daha da ön plana çıxaracaq. Belə ki, Azərbaycana yüzlərlə ölkədən turistlər, yüskəksəviyyəli rəsmilər, dövlət başçıları və s. səfər edəcək.

2026-da ölkəmizdə keçiriləcək bəynəlxalq tədbirlərin siyahını təqdim edir:

  • BMT-nin 13-cü Ümumdünya Şəhərsalma Forumu (WUF13) 17–22 may tarixlərində Bakıda təşkil olunacaq. Forum ilk dəfə olaraq dövlət və hökumət başçıları səviyyəsində keçiriləcək. Tədbirdə urbanizasiya prosesləri, ağıllı şəhər konsepsiyaları və davamlı inkişaf mövzuları əsas müzakirə predmeti olacaq.
  • BMT-nin Asiya və Sakit Okean üzrə İqtisadi və Sosial Komissiyasının (UN ESCAP) 82-ci sessiyası aprel ayında Bakıda keçiriləcək. Sessiya çərçivəsində region ölkələrinin sosial- perspektivləri və qarşılıqlı əməkdaşlıq məsələləri müzakirə ediləcək.
  • “Egmont” Qrupunun 32-ci Plenar Sessiyası da 2026-cı ildə Azərbaycanda baş tutacaq. Tarixi hələ dəqiqləşdirilməyən bu forum dünyanın aparıcı maliyyə kəşfiyyat qurumlarını bir araya gətirəcək.
  • İslam İnkişaf Bankı Qrupunun 51-ci İllik Toplantısı 16–19 iyun tarixlərində keçiriləcək. Toplantı çərçivəsində maliyyə, ticarət və investisiya sahələrində aktual məsələlər və gələcək əməkdaşlıq imkanları müzakirə olunacaq.
  • VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu aprel ayında təşkil ediləcək. Tədbir multikulturalizm, tolerantlıq və mədəniyyətlərarası dialoqun təşviqi mövzularına həsr olunacaq.
  • 5 iyun – Dünya Günü münasibətilə Bakı beynəlxalq tədbirə ev sahibliyi edəcək. Görüşlərdə ətraf mühitin mühafizəsi, ilə mübarizə, karbon emissiyalarının azaldılması və yaşıl enerji layihələri əsas müzakirə mövzuları olacaq.

İdman sahəsində də 2026-cı il Azərbaycan üçün zəngin təqvimlə yadda qalacaq.

Baku elected as World Capital of Sport 2026
  • Formula 1 Azərbaycan Qran Prisi 24–26 sentyabr tarixlərində Bakıda keçiriləcək.
  • Cüdo üzrə 4–11 oktyabr tarixlərində təşkil olunacaq və dünyanın ən güclü cüdoçuları bu yarışda mübarizə aparacaqlar.
  • Sumo üzrə Dünya Çempionatı isə 1–10 sentyabr tarixlərində Azərbaycanda keçiriləcək.
  • Qadınlar arasında Avropa Voleybol Çempionatı 21 avqust – 6 sentyabr tarixlərini əhatə edəcək. Turnirdə 24 milli komanda iştirak edəcək, bir sıra oyunlar Bakı arenalarında baş tutacaq.
  • ADEX & Securex Caspian beynəlxalq sərgiləri 30 sentyabr – 2 oktyabr tarixlərində Bakıda keçiriləcək. Tədbirlər çərçivəsində müdafiə, və xilasetmə texnologiyaları sahəsində ən son yeniliklər nümayiş olunacaq.

Beləliklə, 2026-cı ildə Azərbaycanda keçiriləcək beynəlxalq tədbirlər ölkəmizin dünyaya açılan simasını daha da gücləndirəcək, Azərbaycan beynəlxalq əməkdaşlığın genişləndirilməsinə, qlobal çağırışların müzakirəsinə və ortaq həll yollarının tapılmasına töhfə verəcək. Bakı isə siyasi, iqtisadi, mədəni və idman sahələrində nüfuzlu beynəlxalq tədbirlərin keçirildiyi aparıcı mərkəz kimi mövqeyini bir daha möhkəmləndirəcək.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Araşdırma

Hamısına bax

AI Assistant

operativmm.az

Xəbərlər haqqında soruşun

Son 3 ayın xəbərləri

Nümunələr