Operativ Məlumat Mərkəzi

Mahir Emreli: "Komandamla fəxr edirəm"

1 dəq
Paylaş:
Mahir Emreli: "Komandamla fəxr edirəm"
bunu "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli şəxsi instaqram səhifəsində yazıb. "Hoffenhaym"a ötən gün uduzduqları...

Komandamla fəxr edirəm.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu "Nürnberq" klubunda çıxış edən Azərbaycan millisinin futbolçusu Mahir Emreli şəxsi instaqram səhifəsində yazıb.

"Hoffenhaym"a ötən gün uduzduqları (1:2) Almaniya Kubokunun 1/16 final matçında fərqlənən 27 yaşlı hücumçu fantastik dəstəyə görə azarkeşlərə təşəkkür edib:

"Dünən baş verənlər haqqında çox danışa bilərik. Amma bu, bizi heç yerə aparmır. Final fitinədək hər şey verdik. Uğur qazanmaq üçün çox çalışacağıq".

Qeyd edək ki, M.Emreli “Nürnberq” ilə "1+1" illik müqavilə imzalayıb. Forvard II Bundesliqada keçirdikləri son iki qarşılaşmada qol vurub. Forvard IX turda "Qroyter Fyurt"a qalib gəldikləri (4:0) matçda hesabı açıb. O, "Reqensburq"u 8:2 hesabı ilə üstələdikləri görüşdə isə ikinci qolun müəllifi olub.

Bu xəbəri paylaş

Oxşar xəbərlər