Magistraturaya qəbul imtahanına dəyişiklik ediləcək

Magistraturaya qəbul imtahanına dəyişiklik ediləcək
21.09.2023 10:37
Aa
dəq

Məlum olduğu kimi, magistraturaya qəbul imtahanı Dövlət İmtahan Mərkəzi tərəfindən mərkəzləşdirilmiş qaydada bir mərhələdə keçirilir və imtahanda bakalavrların məntiqi təfəkkürü, informatika və xarici dil üzrə bilikləri qapalı (çoxseçimli) və açıq tipli test tapşırıqlarından istifadə edilməklə yoxlanılır.

DİM-dən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən xəbərə görə, 2024-cü ildən etibarən magistraturaya qəbul imtahanında iştirak etmək istəyən namizədlər xarici dil imtahanında çoxpilləli təhsil sistemi çərçivəsində mənimsədikləri bilik və bacarıqları, söz ehtiyatı, praktik qrammatikanın əsaslarını nitq fəaliyyətinin növləri üzrə (danışıq bacarığı istisna olmaqla) kompleks şəkildə, yəni dinləyib-anlama, oxuyub-anlama və ilk dəfə olaraq yazı bacarıqları əhatə olunmaqla nümayiş etdirməlidirlər.

Magistraturaya qəbul imtahanlarında 2024-cü ildən etibarən yazı bacarıqlarının yoxlanılacağı ilə bağlı məlumat hələ 2021-ci ilin sonlarında nəşr olunan “Magistr” 1 jurnalında, həmçinin sonrakı nəşrlərdə verilib.

Magistratura səviyyəsinə qəbul imtahanında bakalavrlar yazı bacarıqlarının yoxlanılması üçün onlara təqdim edilən iki esse mövzusundan birini seçməklə həmin mövzu ətrafında fikirlərini də ifadə edəcəklər.

Həftənin ən çox oxunanları

Bu ərazilərdə qaz OLMAYACAQ

Bu ərazilərdə qaz OLMAYACAQ
DAVAMIN OXU davamın oxu

Azərbaycana payız fəsli daxil olub

Azərbaycana payız fəsli daxil olub
DAVAMIN OXU davamın oxu

Vətəndaşların nəzərinə!

Vətəndaşların nəzərinə!
DAVAMIN OXU davamın oxu

Baş nazir qərar İMZALADI

Baş nazir qərar İMZALADI
DAVAMIN OXU davamın oxu

ETSN-də I müavin vəzifəsi təsis olunub

ETSN-də I müavin vəzifəsi təsis olunub
DAVAMIN OXU davamın oxu