Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edib

2 dəq
Paylaş:
Məcnun Məmmədov Zəngilanda vətəndaşları qəbul edib

Bu gün kənd təsərrüfatı naziri Məcnun Zəngilanın kəndində bu rayonun, eyni zamanda Qubadlı və rayonlarından olan vətəndaşları qəbul edib.

“Operativ Məlumat Mərkəzi-OMM” bu barədə Kənd Təsərrüfatı Nazirliyinə istinadən xəbər verir.

Bildirilib ki, nazirliyin idarə və tabeli qurumlarının rəhbərlərinin iştirakı ilə keçirilən qəbulda vətəndaşların müraciətləri əsasən işğaldan azad edilmiş ərazilərdə torpaq sahəsi ilə təmin olunma, subsidiyaların verilməsi, damazlıq heyvanlara güzəştin tətbiq edilməsi, işlə təmin olunma və digər məsələlərlə bağlı olub.

Qeyd edilib ki, M.Məmmədov vətəndaşların müraciətini dinləyib, məsələlərin hərtərəfli öyrənilməsi və qanunvericiliyin tələblərinə uyğun olaraq qısa müddətdə həll edilməsi üçün tapşırıqlar verib. Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, qaldırılan bəzi məsələlər isə araşdırılması üçün nəzarətə götürülüb. Nazirliyin fəaliyyət dairəsinə aid olmayan müraciətlər müvafiq qurumlara çatdırılması üçün qeydiyyata alınıb.

Foto qalereya

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Daxili Siyasət

Hamısına bax