Xüsusi əməliyyat zamanı həbs olunaraq ABŞ-yə ekstradisiya edilən Venesuela Prezidenti Nikolas Maduro, qanun pozuntularına əsaslanaraq, ona qarşı cinayət təqibinin ləğvi üçün ABŞ məhkəməsinə ərizə təqdim edib.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə RİA Novosti agentliyi məlumat yayıb.
İddia ərizəsində deyilir: "Prezident Maduro hörmətlə bu məhkəmədən ona qarşı cinayət təqibini ləğv etməsini xahiş edir".
Venesuela Prezidenti açıqlamasında ABŞ hakimiyyətinin onun konstitusiya hüquqlarını pozduğunu iddia edib.
Maduronun müdafiə tərəfi də iddia edir ki, cinayət təqibi zamanı onun hüquqları pozulub.İddia ərizəsində Maduro ABŞ-də ədalətli mühakimə olunmalıdır, çünki Karakas hazırda hüquqi müdafiə xərclərini ödəyə bilmir. Sənəddə vurğulanır ki, "ABŞ hökumətinin hərəkətləri təkcə Maduronun hüquqlarını deyil, həm də məhkəmənin ədalətli məhkəmə araşdırmasını təmin etmək vəzifəsini pozur".