Budapeştin suverenliyini kənardan məhdudlaşdırmaq cəhdləri ilə üz-üzədir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu, Macarıstanın xarici işlər naziri Peter Siyarto Minskdə Avrasiya təhlükəsizliyinə dair konfransda deyib.
“Ölkəmizdən kənarda bəzi qüvvələr var və dövlətimizin daxilində də suverenliyimizdən heç olmasa bir qədər imtina etməyimizi istəyən aktyorlar var", - o, bunun heç vaxt baş verməyəcəyini qeyd edib.
Siyarto vurğulayıb ki, Kiyevi çoxlu sayda silahla təmin edən və Rusiyaya qarşı sanksiyalara əsaslanan strategiya ona haqq qazandırmır. Sanksiyalar işləmir və verilən silahlar döyüş meydanında vəziyyəti dəyişməyib. Ukrayna ancaq öz ərazisini itirir.
Macarıstanın xarici işlər naziri vurğulayıb ki, Ukrayna münaqişəsinin sülh yolu ilə həlli üçün yeni strategiya qəbul edilməlidir.