Macarıstan ilin sonunadək Azərbaycan qazının idxalına başlayacaq

Macarıstan ilin sonunadək Azərbaycan qazının idxalına başlayacaq
30.03.2023 21:27
Aa
dəq

Macarıstan gələn ayın sonunda Bolqarıstan və Rumıniya ilə Azərbaycandan təbii qazın tədarükü üçün Cənub-Şərqi Avropada boru kəməri sisteminin inkişafı haqqında saziş imzalamağı planlaşdırır.

"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto Budapeştdə Türk Dövlətləri Təşkilatına üzv ölkələrin enerji nazirləri ilə görüşdən sonra keçirilən mətbuat konfransında bildirib.

O, qazın Avropaya çatdırılması üçün mənbələrin və marşrutların şaxələndirilməsindən danışıb.

Nazir qeyd edib ki, Macarıstan bu ilin sonunadək Azərbaycan qazının idxalına başlayacağını və gələcəkdə ildə 1-2 milyard kubmetr qaz alacağını gözləyir.

“Bu qazın bir hissəsi Türkiyədən keçə bilər. Bunun üçün türk tərəfdaşları ilə artıq konkret detallar üzrə danışıqlar aparılır. Əlbəttə ki, biz həmçinin Cənub-Şərqi Avropa ölkələrində - Bolqarıstan və Rumıniyada infrastrukturu inkişaf etdirməliyik. Bu məqsədlə gələn ayın sonunda Sofiyada saziş imzalayacağıq”, - deyə Siyarto bildirib.

Həftənin ən çox oxunanları

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb

Britaniya şirkəti Qarabağdakı yataqlara çıxış üçün Azərbaycan hakimiyyəti ilə danışıqlara başlayıb
DAVAMIN OXU davamın oxu

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək

Bolqarıstan Xəzər-Qara dəniz-Avropa Yaşıl Enerji Dəhlizi üzrə yaradılacaq birgə müəssisədə iştirak edəcək
DAVAMIN OXU davamın oxu

Pərviz Şahbazov Gürcüstana səfər edib

Pərviz Şahbazov Gürcüstana səfər edib
DAVAMIN OXU davamın oxu

Mikayıl Cabbarov: "Azərbaycan Orta Asiyanın ehtiyatlarını Türkiyə və gələcəkdə dünya bazarına çatdıracaq"

Mikayıl Cabbarov:
DAVAMIN OXU davamın oxu

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb

Bakı, Astana və Daşkənd enerji sistemlərinin inteqrasiyasına hazırlıqla bağlı vəziyyət açıqlanıb
DAVAMIN OXU davamın oxu