Əsas məzmuna keç

Macarıstan dövlət başçısı Azərbaycana başsağlığı verdi

Macarıstan dövlət başçısı Azərbaycana başsağlığı verdi

"Azərbaycanın İrandakı səfirliyində baş vermiş dəhşətli hadisə zamanı həlak olan şəxsin ailəsinə və Azərbaycana dərin hüznlə başsağlığı verirəm". Bu...

"Azərbaycanın İrandakı səfirliyində baş vermiş dəhşətli hadisə zamanı həlak olan şəxsin ailəsinə və Azərbaycana dərin hüznlə başsağlığı verirəm".

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Prezidenti Katalin Novak tviterdə paylaşım edib.

"Diplomatik nümayəndəliklərə və onların əməkdaşlarına edilən istənilən hücumu qətiyyətlə pisləyirəm", - Macarıstan Prezidenti bildirib.

Xatırladaq ki, yanvarın 27-də vaxtı ilə səhər saat 8:30 radələrində Azərbaycanın İrandakı səfirliyinə hücumu olub. Terroru törədən şəxs “Kalaşnikov” markalı avtomat silahla mühafizə postunu yararaq, mühafizə xidmətinin rəisi Orxan Əsgərovu qətlə yetirib. Səfirliyin iki nəfər mühafizə əməkdaşı da hücumun qarşısını alarkən yaralanıblar. Yaralıların vəziyyəti qənaətbəxşdir.

Terroru törətmiş şəxs səfirliyinin əməkdaşı tərəfindən saxlanılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…