Macarıstan noyabr ayına qədər Aİ liderlərinə Avropanın rəqabət qabiliyyətinə dair saziş təqdim etməyi planlaşdırır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Macarıstanın baş naziri Viktor Orban "Kossuth" radiosunda məlumat yayıb.
"Avropa Rəqabətlilik Paktı Avropa iqtisadiyyatında yeni səhifə açmağa və səhvləri düzəltməyə imkan verəcək", - Macarıstan Nazirlər Kabinetinin rəhbəri vurğulayıb.
Onun sözlərinə görə, Budapeşt müvafiq razılaşmanı noyabrın 8-də əldə etməyi planlaşdırır.