Belarus Prezidenti Aleksandr Lukaşenko ABŞ və SSRİ ilə bağlı diqqətçəkən fikirlər səsləndirib.
Redaktor.azxəbər verir ki, Aleksandr Lukaşenko RT-yə verdiyi müsahibədə ABŞ-nin həm müsbət, həm də mənfi tərəflərinin olduğunu bildirib.
O qeyd edib ki, “indi Amerikada gördüyünüz kimi, bizim də Sovet İttifaqı dövründə payımıza düşən cəfəngiyatlarımız olub. Çoxlu müsbət şeylər var, amma eyni zamanda çoxlu yanlışlıqlar da var”.
Lukaşenko bu vəziyyəti SSRİ təcrübəsi ilə müqayisə edərək, bu cür problemlərin nəticələrinin necə ola biləcəyinin orada göründüyünü vurğulayıb.
Belarus lideri əlavə edib ki, Donald Tramp dövrü də daxil olmaqla ABŞ hələ də güclü supergücdür, lakin bəzi məqamlarda “tam dominant supergüc” imicinə uyğun davranmır.
Onun sözlərinə görə, İrandakı əməliyyatlar zamanı ABŞ-nin imkanlarının məhdudluğu da müəyyən mənada ortaya çıxıb.