Əsas məzmuna keç

Lukaşenkonun Estoniyaya girişi qadağan olunub

Lukaşenkonun Estoniyaya girişi qadağan olunub

bu barədə ERR dövlət teleradiosu Estoniya Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb. Estoniya hökuməti bununla bağlı qərar qəbul edib....

Prezidenti Aleksandr da daxil olmaqla, 273 Belarus vətəndaşının Estoniyaya girişinə müddətsiz qadağa qoyulub.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ERR dövlət teleradiosu Xarici İşlər Nazirliyinə istinadən məlumat yayıb.

Estoniya hökuməti bununla bağlı qərar qəbul edib.

“Sanksiyaların tətbiqindən təxminən 5 il sonra Belarusda müsbət dəyişikliklər baş vermədi”, - Estoniya naziri Margus Tsaxkna bildirib.

Lukaşenkodan əlavə, sanksiya siyahısında Belarusun yüksək vəzifəli məmurları, hakimləri və təhlükəsizlik orqanlarının əməkdaşları da var.

Xatırladaq ki, rəsmi Tallin 2020-ci ildə Minskə qarşı sanksiyalar tətbiq edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…