Operativ Məlumat Mərkəzi

Lukaşenko Belarusu “isti müharibədən” xilas etmək cəhdlərini açıqlayıb

2 dəq
Paylaş:
Lukaşenko Belarusu “isti müharibədən” xilas etmək cəhdlərini açıqlayıb
bu barədə TASS məlumat yayıb. “Biz ölkəni qaynar müharibədən qorumaq üçün hər şeyi edirik. İndiyə qədər uğur qazanmışıq. Düşünürəm ki, biz Belarus...

Belarus prezidenti Aleksandr Lukaşenko deyib ki, hakimiyyət ölkəni “isti müharibədən” qorumaq üçün hər şeyi edir və indiyədək onlar uğur qazanıblar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.

“Biz ölkəni qaynar müharibədən qorumaq üçün hər şeyi edirik. İndiyə qədər uğur qazanmışıq. Düşünürəm ki, biz Belarus ərazisində həmişə olduğu kimi münaqişənin qarşısını almaq üçün bu problemi həll edə bilərik", - deyə Lukaşenko bildirib.

Dövlət başçısının sözlərinə görə, hazırda ölkəyə qarşı aparılan informasiya müharibəsinin təşəbbüskarı xaricdəki “müxtəlif qərar qəbuletmə mərkəzləri, Amerikadan Brüsselə qədər olan məsləhətçilər ətrafında dövrə vuran” və maliyyə tələb edən Belarus müxalifətidir.

Lukaşenko bəyan edib ki, müxalifətin Belarusda “silahlı münaqişə” təşkil etmək, Belarusa qarşı informasiya kampaniyaları və "Crocus City Hall"da baş verənlər kimi terror aktları üçün pula ehtiyacı var.

Bu xəbəri paylaş

Oxşar xəbərlər