Operativ Məlumat Mərkəzi

Luis Enrike PSJ-nin yeni baş məşqçisi təyin olunub

1 dəq
Paylaş:
Luis Enrike PSJ-nin yeni baş məşqçisi təyin olunub
Luis Enrike PSJ-nin yeni baş məşqçisi təyin olunub. İspaniyalı mütəxəssis Paris klubunun başına keçib.

Fransanın PSJ komandasının yeni baş məşqçisi bəlli olub.

"Operativ Məlumat Mərkəzi-OMM" klubun rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Luis Enrike gətirilib.

İspaniyalı mütəxəssis Paris təmsilçisinin sükanı arxasında bu gün istefaya göndərilən Kristofer Qaltyeni əvəzləyib.

53 yaşlı çalışdırıcı ilə iki illik müqavilə imzalanıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər