Əsas məzmuna keç

Londonda etiraz aksiyası keçirilib

Londonda etiraz aksiyası keçirilib

Böyük Britaniyanın paytaxtı Londonda millətçilərlə arasında qarşıdurma olub.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, təhlükəsizlik qüvvələri iğtişaşa törətməyə çalışan bir neçə nəfəri həbs edib.

Radikal qruplar bir neçə gün əvvəl Sautportda 17 yaşlı yeniyetmənin bıçaqla 3 uşağı öldürməsinə qəzəblərinə ifadə ediblər.

Cinayətin motivləri hələlik məlum deyil.

Hadisəni törədən şəxsin yaşı 18 olmadığı üçün onun adı gizli saxlanılır.

Bundan başqa, media mənbələrində yeniyetmənin Britaniyaya qayıqla gələn müsəlman mühacir olduğuna dair məlumat yayılıb.

Britaniya hökumətin məlumatın yanlış olduğunu, onun Kardif şəhərində anadan olduğunu bildirib.

Etirazçılar “biz ölkəmizi geri istəyirik”, “qayıqları dayandırın”, “uşaqlarımızı xilas edin” şüarları səsləndiriblər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…