Qurbanlarının verilənlərini fidyə üçün saxlayan məşhur kibercinayətkar dəstə olan “Lockbit” Böyük Britaniyanın Milli Cinayət Agentliyi və ABŞ Federal Təhqiqat Bürosu tərəfindən nadirən həyata keçirilən hüquq-mühafizə orqanlarının beynəlxalq əməliyyatında ifşa olunub.
"Operativ Məlumat Mərkəzi-OMM" “Reuters”ə istinadən xəbər verir ki, bu barədə məlumat cinayətkarların saytında dərc edilib.
“Bu sayt indi FTB və beynəlxalq hüquq-mühafizə işçi qrupu olan “Kronos Əməliyyatı” ilə sıx əməkdaşlıq edən Böyük Britaniyanın Milli Cinayət Agentliyinin nəzarəti altındadır”, – yazıda deyilib.