Operativ Məlumat Mərkəzi

Liviya sahillərində 7 qeyri-qanuni immiqrantın cəsədi tapılıb

1 dəq
Paylaş:
Liviya sahillərində 7 qeyri-qanuni immiqrantın cəsədi tapılıb
{"az":"bu barədə xarici KİV məlumat yayıb. Liviya Sahil Polisi Baş İdarəsi tərəfindən edilən yazılı açıqlamada, Sirte sahillərində tapılan qeyri-qanuni...","en":"","ru":""}

Liviyanın şərqindəki Sirte şəhərinin sahillərində 7 qeyri-qanuni mühacir cəsədinin tapıldığı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə xarici KİV məlumat yayıb.

Liviya Sahil Polisi Baş İdarəsi tərəfindən edilən yazılı açıqlamada, Sirte sahillərində tapılan qeyri-qanuni mühacirlərin cəsədləri ilə bağlı məlumat verilib. Açıqlamada, şəxsiyyətləri hələlik müəyyən edilməmiş 7 qeyri-qanuni immiqrantın cəsədinin Sirtenin Um əl-Kəndil bölgəsindəki çimərlikdə tapıldığı və immiqrantların cəsədlərinin Bin Cavad əyalətinə təhvil verildiyi bildirilib.

Axtarışların davam etdiyi və məsələ ilə bağlı hüquqi proses başlanıldığı bildirilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər