Operativ Məlumat Mərkəzi

"Liverpul" "Latsio"nun futbolçusunu transfer etmək istəyir

2 dəq
Paylaş:
"Liverpul" "Latsio"nun futbolçusunu transfer etmək istəyir
bu barədə "Calcio Mercato" məlumat yayıb. Qeyd edilib ki, Yurgen Klopp bu yay komandanın yarımmüdafiəsini gücləndirmək niyyətindədir və serb "Liverpul"un...

"Liverpul" "Latsio"nun mərkəz yarımmüdafiəçisi Sergey Milinkoviç-Saviçi transfer etmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Calcio Mercato" məlumat yayıb.

Qeyd edilib ki, Yurgen Klopp bu yay komandanın yarımmüdafiəsini gücləndirmək niyyətindədir və serb "Liverpul"un əsas transfer hədəfidir.

Mənbənin sözlərinə görə, Milinkovic-Saviçin alınması "Liverpul"a cəmi 25 milyon avroya başa gələ bilər. 28 yaşlı futbolçunun müqaviləsi bir ildən sonra başa çatır və o, müqaviləni yeniləmək niyyətində deyil, ona görə də romalılar 2024-cü ildə pulsuz getməməsi üçün onu bu yay buraxmağa hazırdırlar.

Xatırladaq ki, 2022/23 mövsümündə Milinkovic-Saviç "Latsio"nun heyətində 46 oyuna çıxıb, 11 qol vurub və 8 məhsuldar ötürmə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər