Operativ Məlumat Mərkəzi

"Liverpul" İsaka alternativ tapdı

1 dəq
Paylaş:
"Liverpul" İsaka alternativ tapdı
Alexander Isak "qırmızıların" prioritet hədəflərindən biri hesab olunur. Lakin "Nyukasl"ın təyin etdiyi böyük qiymətə görə transfer çox çətin olacaq....

"Liverpul" yay transfer pəncərəsində hücum mövqeyini gücləndirmək istəyir.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, Alexander Isak "qırmızıların" prioritet hədəflərindən biri hesab olunur.

Lakin "Nyukasl"ın təyin etdiyi böyük qiymətə görə transfer çox çətin olacaq.

Bununla belə, “Liverpul” alternativ variant tapıb – “Ayntraxt”dan Huqo Ekitike.

"Transfermarkt" Huqo Ekitiekin dəyərini 55 milyon avro qiymətləndirir.

Bu mövsüm forvard "Ayntraxt"ın heyətində 42 matçda 21 qol vurub və 9 məhsuldar ötürmə edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər