Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

“Liverpul” və “Milan” portuqaliyalı ulduz uğrunda mübarizəyə qoşulub

1 dəq
Paylaş:
“Liverpul” və “Milan” portuqaliyalı ulduz uğrunda mübarizəyə qoşulub

Lissabonun "" klubunun hücumameyilli yarımmüdafiəçisi Fransişku Avropanın iki klubunun diqqət mərkəzinə düşüb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Correio da Manhã" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı futbolçunun xidmətində maraqlı olan tərəflər arasında İngiltərənin "" və İtaliyanın "Milan" komandaları yer alır.

"Milan"ın yeni təyin olunan Ruben Amorimin bu transferdə maraqlı olduğu bildirilir.

Hər iki klub oyunçunu heyətinə qatmaq üçün ciddi rəqabət aparmağa hazırlaşır.

Qeyd edək ki, Portuqaliya millisinin üzvünün müqaviləsində sərbəst qalma maddəsi 60 milyon avro olaraq müəyyən edilib.

Lakin "Sportinq" rəhbərliyinin futbolçunu təxminən 50 milyon avro qarşılığında buraxmağa razı ola biləcəyi ehtimal olunur.

Hazırkı məqamda nə "Liverpul", nə də "Milan" rəsmi təklif göndərib, lakin danışıqların yaxın vaxtlarda aktivləşəcəyi gözlənilir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Futbol

Hamısına bax