İngiltərə Premyer Liqasının nəhəng klublarından olan "Liverpul" heyətini gücləndirmək üçün transfer çalışmalarını davam etdirir.
"Operativ Məlumat Mərkəzi-OMM" "Indykalia" nəşrinə istinadən xəbər verir ki, mersisaydlılar “Arsenal”ın 19 yaşlı istedadlı yarımmüdafiəçisi İtan Nvanerini yaxından izləyir.
London təmsilçisi "Arsenal" futbolçunu buraxmağa prinsipial olaraq razıdır, lakin bu keçid üçün kifayət qədər sərfəli maliyyə təklifi gözləyir.
Hazırda transfer bazarında gənc oyunçunun dəyəri 35 milyon avro civarında qiymətləndirilir.
Xatırladaq ki, İtan Nvaneri ötən mövsümün ikinci yarısını icarə əsasında Fransanın "Marsel" klubunda keçirib.
O, sözügedən komandanın heyətində meydana çıxdığı 9 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.