İsrail ordusu Livandan “terrorçu dəstə”nin dövlət ərazisinə soxulmaq cəhdinin qarşısını alıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir kİ, bu barədə İsrail Müdafiə Qüvvələri (IDF) məlumat yayıb.
"Bir müddət əvvəl İDF əsgərləri Livandan İsrail ərazisinə sızmağa çalışan bir terror qruplaşmasının olduğunu müəyyən etdilər. Ordu pilotsuz uçuş aparatından istifadə edərək onları məhv etdi".