ABŞ İran və regional qrupları HƏMAS-İsrail münaqişəsinə müdaxilə etməkdən çəkindirmək üçün Yaxın Şərqə döyüş təyyarələri göndərib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Air Force Times” Pentaqondakı mənbəyə istinadən məlumat yayıb.
Onun sözlərinə görə, Amerikanın A-10 hücum təyyarələri cümə axşamı regiona gəlib. ABŞ tezliklə orada daha müasir F-15, F-16 və F-35 qırıcıları yerləşdirəcək.
ABŞ-ın yüksək rütbəli müdafiə rəsmisi deyib ki, Birləşmiş Ştatlar birmənalı olaraq İsrailin müdafiəsini dəstəkləyir.
CNN-in məlumatına görə, Vaşinqton genişmiqyaslı təxliyələrə və humanitar yardım göstərməyə qadir olan 2 mindən çox dəniz piyadasından ibarət 26-cı Dəniz Ekspedisiya Qüvvələrinin İsrail yaxınlığında mümkün yerləşdirilməsinə hazırlaşır.