Əsas məzmuna keç

Livandan İsrailin şimalına raket atılıb

Livandan İsrailin şimalına raket atılıb

bu barədə “Newsru.co.il” məlumat yayıb. Bildirilib ki, raketlər Livan ərazisindən atılıb. Livan mənbələrinin yaydığı məlumata görə, İsrail Müdafiə Ordusu...

İsrailin şimalında, Livanla sərhəddə yerləşən Yuxarı yaşayış məntəqəsi aprelin 3-də səhər saatlarında zərbələrinə məruz qalıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “Newsru.co.il” məlumat yayıb.

Bildirilib ki, raketlər Livan ərazisindən atılıb.

Livan mənbələrinin yaydığı məlumata görə, İsrail Müdafiə Ordusu ölkənin cənubunda Ayta aş-Şaab və Ramia rayonlarına zərbələr endirib.

Dağıntılar, itkilər və xəsarət alanlar barədə məlumat yayılmayıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…