Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Livan və İsrail atəşkəs razılığına gəldi

2 dəq
Paylaş:
Livan və İsrail atəşkəs razılığına gəldi

Vaşinqtonda iki günlük danışıqlardan sonra Livan və İsrail arasında üzrə razılaşma əldə olunub.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə Departamenti məlumat yayıb.

Məlumata görə, razılaşma Livanın ABŞ-dakı səfiri Nada Hamadeh Moavad və İsrailin ABŞ-dakı səfiri Yechiel Leiter arasında aparılan müzakirələrdən sonra elan edilib.

Bildirilib ki, razılaşmanın şərtlərinə əsasən, “Hizbullah” əməliyyatları dayandırmalı və Livanın cənubundan, sərhəd bölgəsindən çayına qədər geri çəkilməlidir.

Tərəflər həmçinin Livan Silahlı Qüvvələrinin əraziyə tam nəzarət etməsini təmin edəcək “pilot zonaların” yaradılması barədə razılığa gəliblər.

ABŞ Dövlət Departamentinin bəyanatında qeyd olunub ki, bu addımlar sülh və üzrə daha geniş və hərtərəfli razılaşmaya doğru mühüm irəliləyiş ola bilər.

Həmçinin vurğulanıb ki, Livan və İsrail bir-birinə qarşı düşmənçilik niyyətinin olmadığını təsdiqləyərək, bütün açıq məsələlərin həlli və davamlı sülh üçün birbaşa danışıqları davam etdirməyə sadiq qaldıqlarını bildiriblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax