Əsas məzmuna keç

Litva Prezidenti hökumətin istefasını qəbul etdi

Litva Prezidenti hökumətin istefasını qəbul etdi

Gitanas Nauseda Nazirlər Kabinetinin gedişini təsdiqlədi. Seymdə Mindauqas Sinkeviçusun baş nazir postuna namizədliyi ilə bağlı proseslər necə inkişaf edəcək?

en ru

Litva Prezidenti Nauseda Nazirlər Kabinetinin istefasını qəbul edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, İnqa Ruqinienin kabinetinin istefasını qəbul edib və hökumətə yeni formalaşana qədər öz vəzifələrini yerinə yetirməyi tapşırıb.

Litva Prezidenti 15 gün ərzində Seymə (parlament) baş nazirliyə namizəd irəli sürməlidir.

Hakim çoxluq Litva Sosial Demokrat Partiyasının lideri Sinkeviçusu bu vəzifəyə namizəd göstərib. Seym prezidentin namizədliyini qəbul edərsə, təyin olunmuş baş nazir növbəti 15 gün ərzində öz kabinet tərkibini və hökumət proqramını parlamentə təqdim etməlidir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…