Litva Seymi prezident Gitanas Nausedanın kaset bombaları haqqında Konvensiyaya xitam vermək qərarını dəstəkləyib.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Plenar iclasda Seymin 103 deputatı lehinə, biri əleyhinə, üç deputat isə bitərəf qalıb.
Litvanın müdafiə naziri Laurinas Kaçiunas dəyişən geosiyasi vəziyyətə görə müqavilədən çıxdığını açıqlayıb.