Vilnüs və Kiyev Ukrayna üçün Litvada silah istehsalına dair müqavilə imzalayıblar. Sənədi Gitanas Nauseda və Volodimir Zelenski imzalayıblar.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Litva Prezidentinin Mətbuat Xidməti məlumat yayıb.
Nəşr Nausedanın sözlərini sitat gətirir: "Bu müqavilə təkcə sənaye və ya texnoloji layihə deyil, həm də siyasi iradəmizin və strateji tərəfdaşlığımızın sübutudur".
Müqavilədə qeyd olunub ki, Litvada istehsal olunan müdafiə sistemlərinin əksəriyyəti əsasən Ukrayna üçün nəzərdə tutulacaq. Vilnüs həmçinin milli fondlardan və SAFE proqramından istifadə edərək birgə istehsal müəssisələri yaradacaq və Ukrayna müdafiə müəssisələrinin Litvaya köçürülməsi üçün şərait yaradacaq.