Əsas məzmuna keç

Leyla və Alena Əliyevalar Lənkəranda xüsusi internat məktəbində - FOTOLAR

Leyla və Alena Əliyevalar Lənkəranda xüsusi internat məktəbində - FOTOLAR

əvvəlcə məktəbin şagird və müəllimləri ilə birlikdə tarixi Zəfərin 5 illiyinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib. Sonra sinif...

Noyabrın 21-də Fondunun vitse-prezidenti və Alena Lənkəran şəhəri imkanları məhdud uşaqlar üçün xüsusi məktəbində olublar.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, əvvəlcə məktəbin şagird və müəllimləri ilə birlikdə tarixi Zəfərin 5 illiyinə həsr olunmuş əl işlərindən ibarət sərgiyə baxış keçirilib.

Sonra sinif otaqlarında, məşğələ və istirahət otağında uşaqların asudə vaxtının səmərəli təşkili prosesləri izlənilib.

Qeyd edək ki, regional xarakter daşıyan və cənub bölgəsində yeganə olan Sağlamlıq imkanları məhdud uşaqlar üçün xüsusi internat məktəbində autizm və Daun sindromlu, o cümlədən əqli inkişafdan geri qalan uşaqların mütəxəssislər tərəfindən həm təhsil almaları, həm də reabilitasiya prosesi təmin edilir. Həmin uşaqların məktəbdə qalması üçün də şərait yaradılıb ki, 34 uşaq bu imkandan yararlanır.








OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…