Əsas məzmuna keç

Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsi ilə tanış olub

Leyla Əliyeva Yevlaxda “Gənc arıçı” layihəsi ilə tanış olub

Heydər Əliyev Fondunun vitse-prezidenti regionda kənd təsərrüfatının inkişafına dəstək verən təşəbbüsü dəyərləndirib. Arıçılıqla məşğul olan gənclərin uğuru nədən ibarətdir?

en ru

Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Yevlaxa səfəri çərçivəsində "Gənc " layihəsinin iştirakçısı Süleyman Süleymanovun ailəsini ziyarət edib.

“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, Leyla Əliyeva gənc arıçının ailə üzvləri ilə səmimi söhbət edib, onların yaşayış şəraiti, sahəsindəki fəaliyyəti, əldə etdikləri ilk nəticələr və gələcək planları ilə yaxından maraqlanıb, həmçinin təsərrüfatda pendirin hazırlanması prosesində iştirak edib, ailəyə hədiyyələr təqdim edib.

Görüş zamanı "Gənc arıçı" layihəsi çərçivəsində yaradılmış arıçılıq təsərrüfatı, arı ailələrinin saxlanılması, bal istehsalı və təsərrüfatın gələcək inkişaf imkanları barədə məlumat verilib. Ailə göstərilən diqqət və dəstəyə görə Leyla Əliyevaya minnətdarlığını bildirib, ona arıçılıq məhsulları hədiyyə edib.

Xatırladaq ki, layihə iştirakçısı Süleyman Süleymanov 44 günlük Vətən müharibəsi və antiterror tədbirlərində iştirak edib. O "Suqovuşanın azad olunmasına görə", "Cəsur döyüşçü" və "Vətən müharibəsi iştirakçısı" medalları ilə təltif olunub.

Qeyd edək ki, 2021-ci ildən IDEA İctimai Birliyinin təşəbbüsü, Respublikasının Gənclər Fondu, Dövlət Məşğulluq Agentliyi və "ABAD" publik hüquqi şəxsin tərəfdaşlığı ilə həyata keçirilən "Gənc arıçı" layihəsinin məqsədi biomüxtəlifliyin qorunmasına töhfə vermək, arıçılığın ekosahibkarlıq istiqaməti kimi inkişafını təşviq etmək, təbii bal istehsalını dəstəkləmək və gənc ailələrin maddi rifahının yaxşılaşdırılmasına kömək göstərməkdir.

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…