Əsas məzmuna keç

Leyla Əliyeva Masallıda həsir toxuculuğu ilə məşğul olan sənətkarlarla görüşüb

Leyla Əliyeva Masallıda həsir toxuculuğu ilə məşğul olan sənətkarlarla görüşüb

Heydər Əliyev Fondunun vitse-prezidenti Masallının Musaküçə kəndində ənənəvi həsirçilik sənətini yaşadan "Rooted Hands" layihəsinin iştirakçıları ilə bir araya gəlib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Masallı rayonuna səfəri çərçivəsində Musaküçə kəndində həsirçiliklə məşğul olan qadınlarla görüşüb. Görüş zamanı Leyla Əliyeva ölkəmizdə qədim həsir toxuculuğu ənənələrini qoruyub saxlayan son icmalardan biri olan "Rooted Hands" layihəsinin iştirakçıları ilə söhbət edib, onların əl işləri və yaradıcılıq prosesi ilə tanış olub.

Musaküçə kəndinin qadınları təbii qamış bitkilərini toplayıb qurudaraq, nəsildən-nəslə keçən üsullarla həsir toxuyurlar. Bu fəaliyyət həm bölgənin mədəni irsinin yaşadılması, həm də yerli qadınların məşğulluğunun və iqtisadi müstəqilliyinin dəstəklənməsi üçün böyük əhəmiyyət daşıyır.

Səmimi şəraitdə keçən görüşdə sənətkarlar həsir toxuma prosesini etdiriblər. Leyla Əliyeva da onlara qoşularaq həsir toxuyub və sənətin incəlikləri ilə maraqlanıb. Tədbir çərçivəsində həsirçilik sənəti və "Rooted Hands" layihəsinə həsr olunan qısa film nümayiş etdirilib.

Leyla Əliyevanın dəstəyi ilə qadınlar üçün xüsusi iş məkanı yaradılıb. Bu məkan onların təlimlər keçməsi, ustad dərsləri təşkil etməsi və əl işlərini nümayiş etdirərək satması üçün nəzərdə tutulub. Bu təşəbbüs Masallıda yeni mədəni və turistik ünvanın formalaşmasına, eləcə də qadınların maliyyə imkanlarının artırılmasına töhfə verir.

Qeyd edək ki, "Rooted Hands" layihəsi artıq beynəlxalq müstəvidə də tanıdılır. Belə ki, layihə 2025-ci ildə Milan Moda Həftəsində dayanıqlı moda çərçivəsində təqdim olunub. Bu təqdimat Azərbaycanın təbii materiallarının, qadın sənətkarların əməyinin və müasir dizaynın uğurlu vəhdətini dünyaya nümayiş etdirib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…