Əsas məzmuna keç

Levandovski Neymarın komanda yoldaşı ola bilər

Levandovski Neymarın komanda yoldaşı ola bilər

35 yaşlı futbolçuya "Barselona" və PSJ-nin sabiq oyunçusu Neymarın da çıxış etdiyi "Əl-Hilal" klubu maraq göstərir. Daha əvvəl Kataloniya klubunun...

"Barselona"nın hücumçusu Levandovski gələn yay klubu tərk edə bilər.

"Operativ Məlumat Mərkəzi-OMM" " Deportivo"ya istinadən xəbər verir ki, 35 yaşlı futbolçuya "Barselona" və PSJ-nin sabiq oyunçusu Neymarın da çıxış etdiyi "Əl-Hilal" klubu maraq göstərir.

Daha əvvəl Kataloniya klubunun Levandovskinin satışı ilə bağlı variantı nəzərdən keçirə biləcəyi bildirilmişdi.

Bu mövsüm Levandovski 17 matçda 8 qol vurub, 4 məhsuldar ötürmə edib.

Futbolçunun "Barselona" ilə hazırkı müqaviləsi 2026-cı ilin ortalarına qədər nəzərdə tutulub.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…