Lerikdə bir ailənin 4 üzvünü elektrik cərəyanı vurub öldürüb - YENİLƏNİB

Lerikdə bir ailənin 4 üzvünü elektrik cərəyanı vurub öldürüb - YENİLƏNİB
23.04.2023 14:20
Aa
dəq

Lerik rayonun Tikəband kəndində elektrik cərəyanı nəticəsində ölən 4 nəfərin şəxsiyyəti müəyyən edilib.

Lerik rayon prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM" verilən məlumata görə, bunlar 1941-ci il təvəllüdlü Sərnaz Tahirova, 1973-cü il təvəllüdlü Almagül Tahirova, 1993-cü il təvəllüdlü Şəfa Mirzəyeva və 10 yaşlı M.B-dır (azyaşlının ad və soyadı şərtidir).

Qeyd edək ki, onlar bir ailənin üzvləridir. 

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

13:47 ***

Lerik rayonun Tikəband kəndində 4 nəfərin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

Lerik rayon prokurorluğundan "Operativ Məlumat Mərkəzi-OMM" verilən məlumata görə, ilkin araşdırma zamanı eyni ailənin 4 üzvünün elektrik cərəyanı vurması nəticəsində ölməsinə əsaslı şübhələr müəyyən edilib.

Fakta görə Lerik rayon prokurorluğunda Cinayət Məcəlləsinin 314.3-cü (iki və daha çox şəxsin ölümünə səbəb olan səhlənkarlıq) maddəsilə cinayət işi başlanıb.

İbtidai istintaq davam edir.

Həftənin ən çox oxunanları

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı

Goranboyda məktəbli şagird yoldaşını bıçaqladı
DAVAMIN OXU davamın oxu

Bu məntəqələrin nəticələri ləğv olundu

Bu məntəqələrin nəticələri ləğv olundu
DAVAMIN OXU davamın oxu

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü

Əsgərimiz bədbəxt hadisə nəticəsində öldü
DAVAMIN OXU davamın oxu

Azərbaycanda ŞOK HADİSƏ - 15 yaşlı oğlan 18 yaşlı qızı bıçaqladı

Azərbaycanda ŞOK HADİSƏ - 15 yaşlı oğlan 18 yaşlı qızı bıçaqladı
DAVAMIN OXU davamın oxu

“Kamandar Nəsibov və partnyorları” bürosunun vəkili həbs edilib

“Kamandar Nəsibov və partnyorları” bürosunun vəkili həbs edilib
DAVAMIN OXU davamın oxu