Operativ Məlumat Mərkəzi

Lekornu istefasının səbəblərini açıqladı

2 dəq
Paylaş:
Lekornu istefasının səbəblərini açıqladı

Fransanın istefa vermiş baş naziri Sebastien Lekornu vəzifəsini tərk etməsinin səbəblərini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM-in xəbərinə görə, o bildirib ki, hakimiyyət üçün uyğun şərait olmayıb, parlament üzvləri isə öz siyasi maraqlarını ölkənin mənafeyindən üstün tutublar.

“Bazar ertəsi günü baş nazir funksiyalarını yerinə yetirmək və hökumətin Milli Assambleya qarşısında çıxış etməsi üçün şərtlər uyğun deyildi,” – deyə Lekornu vurğulayıb.

O, deputatları məsuliyyətsizlikdə ittiham edib:

“Parlament üzvləri qanun layihələrini müzakirə etmək, dəyişikliklər təklif etmək və ya səs vermək əvəzinə, prosesi boykot etdilər. Mən konstitusiya hüququmdan – qanunları səsverməsiz qəbul etmək səlahiyyətindən – istifadə etməmək qərarına gəlmişdim, lakin bu, siyasi iradə ilə qarşılanmadı.”

Lekornu həmçinin qeyd edib ki, parlamentdə siyasi partiyalar hələ də özlərini mütləq çoxluğa sahib kimi aparır, halbuki real vəziyyət fərqlidir.

“Mən güzəştə getməyə hazır idim, amma hər bir partiya yalnız öz platformasının qəbul edilməsini istəyirdi. Hökumətin tərkibi də sabit deyildi,” – deyə o əlavə edib.

Sabiq baş nazir bildirib ki, ölkə üçün çıxış yolu yalnız ümummilli maraqları şəxsi və partiya maraqlarından üstün tutmaqla mümkündür:

“Siz öz tərəfdarlarınızı dinləməli, amma hər zaman Fransa xalqını düşünməlisiniz.”

Xatırladaq ki, Sebastien Lecornu bazar ertəsi günü prezident Emmanuel Makrona istefa ərizəsini təqdim edib. Bu qərar yeni hökumətin elanından sonra müxalifətin kəskin tənqidləri fonunda qəbul edilib. Yeni kabinetdə 18 vəzifədən 13-ü əvvəlki hökumət üzvlərinə həvalə olunmuşdu. Bu isə müxalifətin sərt reaksiyasına səbəb olub — bəzi partiya liderləri hökmətin istefasını, digərləri isə parlamentin buraxılmasını və Makronun istefasını tələb ediblər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər