Ermənistan Şimali Atlantika İttifaqı ilə dialoqu dərinləşdirməklə milli müdafiə və təhlükəsizlik baxımından öz suverenliyini itirmək riskini dərk edəcəyini gözləyir.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov TASS-a müsahibəsində bildirib.
"Ümid edirəm ki, İrəvan ittifaqla əməkdaşlığın dərinləşdirilməsinin onun milli müdafiə və təhlükəsizlik sahəsində suverenliyini itirməsinə gətirib çıxara biləcəyini bilir", - deyə Rusiyanın baş diplomatı vurğulayıb.
"Bu, bizi narahat etməyə bilməz. Biz dəfələrlə erməni həmkarlarımızın diqqətini ona yönəltmişik ki, NATO-nun əsas məqsədi regionda öz mövqelərini gücləndirmək və "parçala, hökm sür" planı əsasında manipulyasiyaya şərait yaratmaqdır",- Lavrov bildirib.