“Ukrayna atəşkəs olacağı halda Avropa kontingenti və uzaqmənzilli raketlər yerləşdirməyi planlaşdırır”.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov Xarici İşlər Nazirliyinin saytında dərc olunmuş “Empathy Manuchi” layihəsinə müsahibəsində bildirib.
Lavrovun sözlərinə görə, Kiyev mümkün atəşkəs fonunda Avropa ölkələrinin öz qoşunlarını Ukrayna ərazisinə yerləşdirməsini və Rusiya şəhərlərinə çata biləcək uzaqmənzilli raketlərin quraşdırılmasını nəzərdə tutur.
“Kiyev rejimi deyir ki, onlar tərəddüd edərkən avropalılar öz qoşunlarını ərazilərinə ‘gətirib’ və Rusiya şəhərlərinə çata bilmək üçün uzaqmənzilli raketlər yerləşdirsinlər. Və sonra, deyirlər ki, atəşkəs elan olunacaq. Finlər, britaniyalılar və almanlar hamısı birlikdə mahnı oxuyur”, – deyə nazir bildirib.
O əlavə edib ki, Ukrayna təhlükəsizlik zəmanətlərindən danışarkən, Rusiyanın iştirakı ilə deyil, məhz Rusiyaya qarşı təhlükəsizlik mexanizmlərini nəzərdə tutur.