Rusiya xarici işlər naziri Sergey Lavrov Azərbaycana səfər edəcək.
"Operativ Məlumat Mərkəzi - OMM" xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bildirib.
Onun sözlərinə görə, hazırda Lavrovun Bakıya səfərinə hazırlıq gedir. Zaxarova səfərin detalları ilə bağlı razılıq əldə olunandan sonra ictimaiyyətə məlumat veriləcəyini söyləyib.