ABŞ və Cənubi Koreyanın birgə nüvə planlaması Rusiya Federasiyasında narahatlıq yaradır.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Rusiya-ASEAN görüşünün yekunlarına dair mətbuat konfransında deyib.
“ABŞ bu yaxınlarda Koreya Respublikası ilə birgə nüvə planlaşdırması ilə bağlı razılıq əldə edib”, - deyə o vurğulayıb və ABŞ-ın belə bir addım atmasının Rusiyanı narahat etdiyini deyib.
O əlavə edib ki, Moskva Amerika tərəfdən “bunun nə demək olduğu barədə” izahat almayacaq.