Operativ Məlumat Mərkəzi

Latviya zirehli texnikanı Ukraynaya təhvil verəcək

1 dəq
Paylaş:
Latviya zirehli texnikanı Ukraynaya təhvil verəcək
Latviya Böyük Britaniyadan alınmış CVR(T) döyüş kəşfiyyatlı zirehli maşınlarını Ukraynaya təhvil verəcək. "Operativ Məlumat Mərkəzi-OMM" Latviya Müdafiə...

Latviya Böyük Britaniyadan alınmış CVR(T) döyüş kəşfiyyatlı zirehli maşınlarını Ukraynaya təhvil verəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" Latviya Müdafiə Nazirliyinin mətbuat xidmətinə istinadən məlumat verir ki, əməliyyat təhlükəsizliyi səbəbindən təhvil verilən maşınların sayı açıqlanmayıb.

Əvvəllər nazirlik Latviyanın ən azı 2026-cı ilə qədər Ukraynaya hər il ümumi daxili məhsulun 0,25%-i həcmində hərbi yardım göstərəcəyini açıqlamışdı. Latviya bu günə qədər Ukraynaya geniş çeşiddə silah və texnika, o cümlədən vaxtilə Avstriyadan alınmış helikopterlər və özüyeriyən haubitsalar verib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər