Əsas məzmuna keç

Laçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb

Laçın və Füzulidə daha bir qrup sakin üçün özünüməşğulluq proqramı üzrə kiçik bizneslər yaradılıb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin () tabeliyində Dövlət Agentliyi Laçın rayonu və Füzuli şəhərinə sakinlərdən daha bir qrup şəxsi proqramı çərçivəsində mal və materiallar formasında aktivlərlə təmin edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə ƏƏSMN məlumat yayıb.

Qeyd edilib ki, verilmiş avadanlıqlar hesabına proqram iştirakçıları un məmulatları istehsalı, dərzi sexi, avtoçilingər, dönərxana və kişi bərbərxanası xidmətləri üzrə kiçik sahələrini yaradıblar.

Böyük Qayıdış proqramı çərçivəsində doğma yurdlarına köçürülən sakinlərdən özünüməşğulluq proqramı vasitəsilə kiçik təsərrüfatları yaradılan şəxslərin sayı artıq 221-ə çatıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…