Operativ Məlumat Mərkəzi

La Liqanın ən yaxşı 9 transferi

1 dəq
Paylaş:
La Liqanın ən yaxşı 9 transferi
"ESPN Deportes" bu barədə siyahı dərc edib. Siyahının ilk pilləsində "Real Madrid"in Dortmunddan 105 milyon avroya transfer etdiyi Jude Bellinqhem...

İspaniya La Liqasının 2023-24 mövsümünün ən yaxşı 9 transferinin adı açıqlanıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, "ESPN Deportes" bu barədə siyahı dərc edib.

Siyahının ilk pilləsində "Real Madrid"in Dortmunddan 105 milyon avroya transfer etdiyi Jude Bellinqhem qərarlaşıb.

İkinci sırada "Barselona"nın transferi İlkay Gündoğan yer alıb.

İlk üçlüyü "Atletiko Madrid"in yeni üzvü Sezar Aspilikueta tamamlayır.

Dördüncü yerdə "Barselona"nın yeni transferi Oriel Romeudur.

İlk beşliyi “Real Madrid”in daha bir transferi Arda Gülər tamamlayır.

Altıncı sırada daha bir türkiyəli oyunçu Çağlar Söyüncü yer alıb. “Atletiko Madrid”ə transfer edilən oyunçu siyahıda ən yaxşılar arasındadır.

7-ci sıra "Jirona”nın hollandiyalı transferi Deyli Blində məxsusdur.

Siyahının 8-ci pilləsində "Trabzonspor"un keçmiş futbolçusu Alexander Sorlothdur. Oyunçu bu mövsüm “Vilereal”a transfer edilib.

9-cu pillədə isə "Barselona"nın "Atletik Bilbao"dan aldığı İniqo Martines qərarlaşıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər