Koreya Xalq Demokratik Respublikası (KXDR) martın 10-da Sarı dəniz istiqamətində bir neçə naməlum ballistik raket atıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Cənubi Koreya hərbçilərinə istinadən “Yonhap” agentliyi məlumat yayıb.
Birləşmiş Qərargah Rəisləri Komitəsindən bildirilib ki, təxminən saat 13:50-də şimal Hvanhe əyalətindən raketlərin atılması qeydə alınıb.
Qeyd edilib ki, ABŞ ilə sıx əməkdaşlıq şəraitində müşahidə gücləndirilib.