Operativ Məlumat Mərkəzi

KXDR qitələrarası raket buraxıb

2 dəq
Paylaş:
KXDR qitələrarası raket buraxıb

Koreya Xalq Demokratik Respublikası qitələrarası ballistik raketin buraxılışını həyata keçirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, raket min kilometr məsafə qət etdikdən sonra Yaponiyanın dənizdəki məxsusi iqtisadi zonasının kənarına düşüb.

Bu, Ş.Koreyanın il ərzində 5-ci qitələrarası ballistik raket buraxılışıdır.

Cənubi Koreya və Yaponiya raket buraxılışına görə Rəsmi Pxenyanı sərt şəkildə tənqid edib. Ş.Koreya ötən gün axşam saatlarında da qısamənzilli raket buraxıb. Həmin raket isə 570 kilometr uçduqdan sonra Yapon dənizinə düşüb. KXDR dekabrın 17-də axşam saatlarında qısamənzilli raket də buraxıb. Həmin raket 570 kilometr uçduqdan sonra Yapon dənizinə düşüb.

Qeyd edək ki, raket sınaqları Pxenyanın Şimali və Cənubi Koreya arasında gərginliyi azaltmaq və insidentlərin qarşısını almaq məqsədilə 2018-ci ildə imzalanmış razılaşmadan imtina etməsindən sonra gərginliyin artması fonunda baş verir.

KXDR fevral və mart aylarında “Hwasong-15” və “Hwasong-17”, aprel və iyulda isə “Hawsong-18” raketlərinin sınağını həyata keçirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər